10 Aprel 2025, 08:45
Tramp: "İranla razılaşma olmazsa, hərbi müdaxilə olacaq"
ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın mümkün olduğunu, lakin hərbi variant ortaya çıxacağı təqdirdə İsrailin də bu işə qoşulacağını bildirib.
Tramp: "İranla razılaşma olmazsa, hərbi müdaxilə olacaq" şəkil
Tramp: "İranla razılaşma olmazsa, hərbi müdaxilə olacaq"

ABŞ Prezidenti Tramp Oval Ofisdə prezident sərəncamlarına imza mərasimindən sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Operativ Media xəbər verir ki, Tramp, ABŞ olaraq şənbə günü İranla birbaşa danışıqlar aparacaqlarını və buradan müsbət nəticə çıxmasının hər kəs üçün daha yaxşı olacağını qeyd edib.

ABŞ Prezidenti, İranda insanların çox ağıllı və zəkalı olduqlarını, mövcud vəziyyətin tam fərqində olduqlarını söyləyərək, İranla razılaşma məsələsində "çox şey istəmədiyini" vurğulayıb.

İranın heç bir halda nüvə silahına sahib ola bilməyəcəyini bildirən Tramp, Tehranla razılaşma əldə olunmaması halında nə baş verəcəyi sualına belə cavab verib:

"Əgər hərbi müdaxilə tələb olunarsa, hərbi müdaxilə edəcəyik. İsrailin də bu prosesə daxil olacağı aydındır. Ancaq lider biz olarıq, heç kim bizə liderlik edə bilməz. Biz istədiyimizi edərik."

Tramp bildirib ki, Rusiya ilə Ukraynanın mütləq razılaşmaya gələcəyinə ümid edir və bunun üçün çox çalışdıqlarını da sözlərinə əlavə edib.

Son xəbərlər
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək