10 Aprel 2025, 11:01
Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub
Səfər çərçivəsində keçirilən görüşlərdə hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub şəkil
Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 7-9 aprel tarixlərində BPA-nın İcraiyyə Komitəsinin 59-cu iclasında iştirak məqsədilə Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, iclas çərçivəsində təşkilatin fəaliyyətinin əsas istiqamətlərini əhatə edən məsələlərə baxılıb, BPA-nın İcraiyyə Komitəsinə hazırda fəaliyyət göstərən və vakant olan regionlar üzrə yeni üzvlərin namizədlikləri nəzərdən keçirilib, habelə təşkilatın Nizamnaməsində rəhbər orqanlara seçkilərin keçirilməsi prosedurlarına təklif olunan dəyişikliklər müzakirə edilib. Bununla yanaşı, Assosiasiyanın növbəti illik iclas və regional konfranslarının təşkili ilə bağlı aparılacaq təşkilati işlər ətrafında müzakirələr aparılıb.

Habelə, İcraiyyə Komitəsinin iclasında BPA-nın rəhbər vəzifələrinə keçirilmiş səsvermə nəticəsində Assosiyasiyanın vitse-prezidenti Baş prokuror Kamran Əliyevin yenidən həmin vəzifəyə 2 il müddətinə, yəni 2027-ci ilədək seçilməsi tövsiyə edilmişdir.

İcraiyyə Komitəsinin iclasında çıxış edən Baş prokurorunun müavini Heydər Məmmədov tədbir iştirakçılarına Azərbaycan Respublikasının Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti cənab Kamran Əliyevin salamlarını çatdıraraq ötən ilin 30 sentyabr - 2 oktyabr tarixlərində Bakıda keçirilmiş BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağının nəticələrinə dair geniş hesabat təqdim edib.

Heydər Məmmədov çıxışında Bakı Konfransının uzun müddət planlaşdırılan bir təşəbbüs olduğunu və bu tədbirin reallaşmasında cənab Prezident İlham Əliyevin siyasi dəstəyinin mühüm rol oynadığını vurğulayıb,  konfransın uğurlu təşkilində prokurorluq orqanları əməkdaşları ilə yanaşı bir sıra dövlət qurumları və könüllülərin də fəal iştirak etdiyini bildirib. 

Səfər çərçivəsində Baş prokurorun müavini Heydər Məmmədov BPA-nın Prezidenti ilə, həmçinin, Argentina, Braziliya, Birləşmiş Krallıq, Çili, Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə ikitərəfli görüşlər keçirib. 

Görüşlərdə hüquqi əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
İranın müdafiə naziri Ermənistana səfər edib
Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub
Yurgen Klopp "Roma"nı çalışdırmayacaq
Prezident İlham Əliyevin Macarıstana səfəri - YENİLƏNİR
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir
Azərbaycan Prezidenti: Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir
Ağdam Sənaye Parkında istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb