Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb
Nərmin Qocamanlı
Qərbi Azərbaycan icmasının "Qaçqınlıq və Qadınlar" mövzusunda keçirdiyi konfransın iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Operativ Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu il martın 1-i Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmişkonfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquqpozuntularına cəlb etmək idi.
Teqlər:
"Q\u0259rbi Az\u0259rbaycan \u0130cmas\u0131n\u0131n m\u00fcraci\u0259ti BMT-nin r\u0259smi s\u0259n\u0259di kimi yay\u0131l\u0131b"