Menyu

Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqaza dair panel müzakirəsi keçiriləcək

Əsəd Abbaslı
Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqaza dair panel müzakirəsi keçiriləcək

Antalya Diplomatik Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcək.

Operativ Media xəbər verir ki, tədbir aprelin 12-də baş tutacaq.

Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak edəcəklər.

İştirakçıların Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcəkləri, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəkləri gözlənilir.

Bundan başqa, qlobal qeyri-sabitlik şəraitində regionun davamlı və inklüziv inkişafı məsələlərinə Xüsusi diqqətin yönəldiləcəyi planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər