Menyu

ADF2025 işə başlayıb

ADF2025 işə başlayıb
1 dəq oxu

Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb.

Operativ Media xəbər verir ki, tədbir “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edir.

Dörd mindən çox qonağın qatılacağı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısının iştirakı nəzərdə tutulur. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılır.

 Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ADF-də iştirak etmək üçün ötən gün Türkiyəyə səfərə gəlib.

Əlaqəli Xəbərlər