11 Aprel 2025, 11:13
İlham Əliyev Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.
İlham Əliyev Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb - YENİLƏNİB şəkil
İlham Əliyev Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.

Operativ Media xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Ersin Tatar arasında ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər, həmçinin ötən il onun Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı məmnunluqla xatırlanıb.

Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasını qeyd edib.

Ersin Tatar dövlət başçısına Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin bir neçə gün əvvəl ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi və bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

 

***

10:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti yayıb.

Son xəbərlər
ADY Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib
"Mançester Yunayted" Ruben Amorimlə bağlı qərarını verib
Neftçalada 18 min manatlıq naqil oğurlanıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Eşqi Bağırov: Təhsil müəssisəsi daxilində neqativ hallara qarşı barışmaz mövqedəyik
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub