11 Aprel 2025, 11:51
Abbas Abbasov Fransa XİN başçısının iddialarına cavab verib
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa XİN başçısına cavab verib.
Abbas Abbasov Fransa XİN başçısının iddialarına cavab verib şəkil
Abbas Abbasov Fransa XİN başçısının iddialarına cavab verib

“Beynəlxalq öhdəliklərini yerinə yetirmək əvəzinə, BTQ-nin simasında süni düşmən obrazı formalaşdırılır”

Bakı Təşəbbüs Qrupu Fransa XİN başçısına cavab verib.

Operativ Media xəbər verir ki, fransalı nazirin növbəti ittihamlarına Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov cavab verib.

O, səslənən fikirləri əsassız adlandırıb: “Jan Noel Barot növbəti dəfə Fransa Milli Assambleyasındakı çıxışını Bakı Təşəbbüs Qrupuna həsr edib. İlk növbədə, bəyan edirik ki, nazirin səsləndirdiyi ittihamlar əsassız, qeyri-obyektiv və qərəzlidir. Təşkilatımızın beynəlxalq hüquq çərçivəsində fəaliyyətini hədəfə alan bu cür iddiaları qətiyyətlə rədd edirik”.

O qeyd edib ki, xoş niyyətlə Fransa hökuməti ilə koloniyalar arasında danışıqlarda vasitəçilik təklif edən Bakı Təşəbbüs Qrupunu sabitliyi pozmaqda, gərginliyi artırmaqda və digər qeyri-qanuni fəaliyyətdə təqsirləndirmək Fransanın əsarət altında saxladığı xalqların tələblərini icra etməkdən boyun qaçırmaq cəhdidir: “Fransa hökuməti beynəlxalq öhdəliklərini yerinə yetirmək əvəzinə, BTQ-nin simasında süni düşmən obrazı formalaşdırır və Fransa ictimaiyyətini aldatmaqda davam edir.

BTQ dekolonizasiya, habelə əsarət altında saxlanılan xalqların öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsi uğrunda mübarizə aparır, adaların sahibi olan yerli xalqların tarixi, mədəni kimliyinə hörmət edilməsini tələb edir. BTQ bu tələbləri irəli sürərkən Fransanın da səs verdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə (1948), BMT Baş Assambleyasının 1514 saylı Qətnaməsinə (Dekolonizasiya haqqında Bəyannamə, 1960) və digər universal sənədlərə istinad edir”.

Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın Fransa hökumətini kolonial təfəkkürdən əl çəkməyə, xalqların azad olmaq hüququna hörmət etməyə, törətdiyi çoxsaylı insanlıq əleyhinə və müharibə cinayətlərini etiraf edərək üzr istəməyə və bundan əziyyət çəkən xalqlara layiqli kompensasiya ödəməyə çağırır.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb