11 Aprel 2025, 13:12
Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb
Bu gün Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb.
Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb şəkil
Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 11-də Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Operativ Media-ya Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirildi.

Tərəflər dünən Bakıda açılan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunublar, tədbirin Qətər xalqının zəngin mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq üçün Bakı sakinləri və paytaxt qonaqlarına gözəl fürsət yaratdığını diqqətə çatdırıblar.

Eyni zamanda 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlandı. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulandı.

Görüşdə Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə

Son xəbərlər
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib