Menyu

Türkiyə Prezidenti: Suriya ilə bağlı Rusiya və ABŞ ilə fikir birliyindəyik

Nərmin Qocamanlı
Türkiyə Prezidenti: Suriya ilə bağlı Rusiya və ABŞ ilə fikir birliyindəyik

Orta Şərqdə sülh ikidövlətli çözüm əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması ilə mümkündür.

Operativ Media-nın xəbərinə görə, bunu Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan dünyanı Fələstinə dəstək verməyə çağırıb. Türkiyə Prezidenti İsrailin hücumlarının Suriyada İŞİD terror təşkilatına qarşı mübarizəyə zərbə vurduğunu söyləyib. Eyni zamanda, İsrailin etnik və dini azlıqları Suriyada mərkəzi hökumətə qarşı qaldırmağa çalışdığını bildirib:

“Soyuqqanlılığım, məsələləri diplomatik yolla həll etməyə çalışmağımız kimlərisə yanıltmamalıdır. Biz xarici siyasətdə prinsiplərlə hərəkət edirik. Biz bütün bölgə xalqları üçün sülh, rifah istəyirik. Suriya ilə bağlı Rusiya və ABŞ-la fikir birliyindəyik. Suriya ilə əlaqədar olaraq, qətiyyətlə bütün addımları atacağıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər