Azərbaycan və Şimali Kipr XİN rəhbərləri görüşüb
Əsəd Abbaslı
Antalya Diplomatik Forumu 2025 çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtuğruloğlu ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu kontekstdə Türk Dövlətləri Təşkilatının rolu xüsusi vurğulanıb.
Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net