Ceyhun Bayramov: İki maneənin aradan qaldırılması Ermənistanla sülh sazişinə yol açacaq
Biz sülh sazişinə köklənsək də, Ermənistan Konstitusiyasında ziddiyyətli məqamlar var.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.
Nazir deyib ki, bu mövzu Azərbaycan üçün olduqca vacibdir:
“Biz 2023-cü ildən bu yana sülh sazişinin imzalanmasını gözləyirik. Konstituisyada müəyyən dəyişikliyin edilməsi dünya praktikasında olan bir məsələdir”.
Ceyhun Bayramov Ararat Mirzoyanın iddiasına da cavab verib:
“Azərbaycan Konstitusiyasında Ermənistanın mövcud ərazisinə dair hər hansısa bir ərazi və torpaq iddiası yoxdur”.
Nazir həmçinin əlavə edib ki, iki əsas maneənin - ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi sülh sazişinin imzalanması üçün real imkan yaradır:
"Hesab edirik ki, bu zəruri addımlardan sonra sülh sazişinin tamamlanması və imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda heç bir əlavə maneə olmayacaq".
Teqlər:
"Ceyhun Bayramov: \u0130ki mane\u0259nin aradan qald\u0131r\u0131lmas\u0131 Erm\u0259nistanla s\u00fclh sazi\u015fin\u0259 yol a\u00e7acaq"