12 Aprel 2025, 16:40
Ceyhun Bayramov və Sergey Lavrov regional məsələləri müzakirə edib - YENİLƏNİB 2
Antalyada Azərbaycanla Rusiya XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə edib.
Ceyhun Bayramov və Sergey Lavrov regional məsələləri müzakirə edib  - YENİLƏNİB 2 şəkil
Ceyhun Bayramov və Sergey Lavrov regional məsələləri müzakirə edib - YENİLƏNİB 2

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələləri müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb. 

Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov ikitərəfli və regional məsələləri müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" sosial media hesabında yazıb.

"Biz siyasi dialoqumuzu davam etdirməyə, müxtəlif sektorlar üzrə əməkdaşlığı daha da gücləndirməyə sadiqik", - nazir bildirib.

***

14:45

Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş keçirir.

Bu barədə Operativ Media Rusiya KİV-ə istinadən xəbər verir.

Son xəbərlər
Qətər Trampa təyyarə hədiyyə edib
Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb
Bazar günü II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi
İsrailin Azərbaycandakı səfirliyində bayraq yarıya endirilib
ADY-də yeni təyinat olub
Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb
Nazir: Ermənistanın Aİİ-dən çıxması gündəmdə deyil