12 Aprel 2025, 18:50
Ceyhun Bayramov venesuelalı həmkarı ilə görüşüb -YENİLƏNİB
Ceyhun Bayramov venesuelalı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Ceyhun Bayramov venesuelalı həmkarı ilə görüşüb -YENİLƏNİB şəkil
Ceyhun Bayramov venesuelalı həmkarı ilə görüşüb -YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.

Bu barədə Operativ Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və Venesuela arasında mövcud əməkdaşlıq gündəliyinin müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi istiqamətləri üzrə irəlilədilmə imkanları, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq fəaliyyəti, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Venesuela arasında münasibətləri xarakterizə edən möhkəmlənən siyasi əlaqələri və qarşılıqlı hörməti bir daha təsdiqləyiblər. Davamlı siyasi dialoq və yüksək səviyyəli səfərlərin mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Nazirlər müxtəlif sahələrdə, xüsusən də iqtisadi və enerji, turizm sektorlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin elm və mədəniyyət sahələrində potensial təşəbbüsləri, o cümlədən akademik və peşəkar mübadilə proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, çoxtərəfli platformalarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

16:55

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Yvan Gillə görüşüb.

Operativ Media xəbər verir ki, Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüş barədə nazir "X" sosial media hesabında yazıb.

 

Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin vəziyyəti müzakirə edilib.

Eləcə də Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və burada Venesuelanın Azərbaycanın təşəbbüslərinə davamlı dəstəyi təqdirlə qarşılanıb.

Son xəbərlər
"Mançester Siti" rəsmisi 16 yaşlı qapıçı üçün Türkiyəyə gəldi - FOTO
Ötən həftə ərzində 156 yanğına çıxış olub
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb