12 Aprel 2025, 22:04
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumunun dünyada ən önəmli platformalardan birinə çevrilməsi sevindirici haldır
Ceyhun Bayramov Antalyada Azərbaycan mediasına müsahibə verib.
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumunun dünyada ən önəmli platformalardan birinə çevrilməsi sevindirici haldır şəkil
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumunun dünyada ən önəmli platformalardan birinə çevrilməsi sevindirici haldır

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bu il dördüncü dəfə Antalya Diplomatiya Forumunda iştirak etdi. Heyətimiz, şəxsən mən bütün forumlarda iştirak etmişəm. Hər il Antalya Diplomatiya Forumuna artan marağın şahidi olmaq sevindirici haldır. İldən-ilə iştirakçı sayı və aparılan müzakirələrin əhatə dairəsinin artması ilə bu tədbirin dünyada ən önəmli platformalardan birinə çevrilməsini müşahidə etmək, təbii ki, bizim üçün sevindirici haldır. Hesab edirəm ki, Türkiyə heyətindən sonra Azərbaycan ən çox nümayəndəsi ilə burada iştirak etdi. Dövlət nümayəndələrimizlə yanaşı, bizim deputatlarımız, düşüncə mərkəzlərimiz, ekspertlərimiz və Azərbaycan mediası da çox geniş təmsil olundu. 

Operativ Media xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Antalyada Azərbaycan mediasına müsahibəsində bildirib.

Nümayəndə heyətimizin forum çərçivəsində aparılan müxtəlif panel müzakirələrində də fəal iştirak etdiklərini qeyd edən nazir deyib: “Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə birlikdə iştirak etdiyimiz Cənubi Qafqaza həsr olunan paneldə Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesinin mövcud vəziyyəti, dövlətlərarası sülh və münasibətlərin normallaşması üzrə saziş layihəsinin mətni ilə bağlı razılığın əldə edilməsi, eləcə də Azərbaycanın bununla bağlı gözləntiləri barədə iştirakçılara kifayət qədər geniş məlumat verdim. Paneldə ilk növbədə Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların aradan qaldırılması, Minsk qrupunun ləğvi ilə bağlı gözləntilərimiz, ümumilikdə Cənubi Qafqazda inkişaf perspektivləri, Azərbaycanın bölgədə uzun illər ərzində oynadığı pozitiv rolu, digər bölgə ölkələri ilə həyata keçirdiyi tədbirlər haqqında danışdıq”.

Türkiyənin XİN başçısı Hakan Fidanla ikitərəfli görüşü barədə danışan Ceyhun Bayramov deyib: “Görüşümüz çox önəmli və əhatəli oldu. Bu görüşlə növbəti dəfə Azərbaycan-Türkiyə arasındakı müxtəlif sahələri əhatə edən, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki münasibətləri ətraflı şəkildə müzakirə etmək imkanımız oldu. Bu fikir mübadilələri bir sıra digər önəmli görüşlərdə də edildi”. 

Nazir bildirib ki, forumda, həmçinin TDT çərçivəsində gedən proseslər, o cümlədən təşkilatdan gözləntiləri əks etdirən panel müzakirəsi də aparıldı. Bu paneldə də ölkəmiz Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəfindən təmsil olundu. TDT bizim üçün ən önəmli təşkilatdır. Ölkə başçımızın da dediyi kimi, bu, bizim ailə təşkilatımızdır. Bu baxımdan TDT bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bu yaxınlarda Macarıstanda təşkilatın növbəti, qeyri-rəsmi Zirvəsinin keçirilməsi planlaşdırılır. Bu ilin payız aylarında isə Bakıda TDT-nin rəsmi Zirvə görüşünün təşkili nəzərdə tutulur.

Son xəbərlər
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
İƏT-in 17-ci Sammiti Xankəndidə keçiriləcək