Ana səhifə / Siyasət / İranın xarici işlər naziri həftə sonu Moskvaya səfər edəcək İranın xarici işlər naziri həftə sonu Moskvaya səfər edəcək 14.04.2025, 13:36 Nərmin Qocamanlı İranın xarici işlər naziri Abbas Əraqçi həftənin sonunda Moskvaya səfər edəcək. Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib. "Əraqçi həftənin sonunda Moskvaya gedəcək. Vurğulayıram ki, bu əvvəlcədən planlaşdırılan səfərdir", - o, bildirib. Qeyd olunub ki, səfər zamanı digər məsələlərlə yanaşı, Omanın paytaxtında keçirilən Tehran və Vaşinqton danışıqları da müzakirə olunacaq. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor