Qırğızıstan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə respublika vətəndaşlarının Moskvada saxlanması ilə bağlı izahat tələb edən nota təqdim edib.
Operativ Media xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti jurnalistlərə bildirib.
Qırğızıstan və Rusiya sosial şəbəkələrində Rusiya hüquq-mühafizə orqanlarının geyimində olan şəxslərin Moskvada hamamda Qırğızıstan vətəndaşlarını saxladığını əks etdirən video yayılıb. Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, hadisə aprelin 11-də Moskvanın Bodrost hamam kompleksində baş verib. Hadisə ilə bağlı Rusiya səfiri Sergey Vakunov Qırğızıstan Xarici İşlər Nazirliyinə dəvət olunub.
“Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın, habelə vətəndaşlara qarşı güc tətbiqinin əsasları barədə məlumat vermək və bu insidentlə bağlı güc tətbiqinin əsassız olduğu halda Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlər görmək tələbi ilə rəsmi nota verilib", - məlumatda deyilir.






