
Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da ilk rəsmi səfərini Azərbaycan Respublikasına edəcək.
Operativ Media xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Bildirilib ki, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.
Kavelaşvilinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Gürcüstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev daxildir.
14:00
Gürcüstan Prezidenti Mixail Kavelaşvili sabah Azərbaycana rəsmi səfərə gələcək.
Operativ Media xəbər verir ki, səfər 15-16 aprelə planlaşdırılıb.
Qeyd edək ki, bu Mixail Kavelaşvilinin Prezident seçildikdən sonra ilk rəsmi səfəri olacaq.