Menyu

HƏMAS və İsrail 45 günlük yeni atəşkəsi müzakirə edirlər

Əziz Əzizli
HƏMAS və İsrail 45 günlük yeni atəşkəsi müzakirə edirlər

Yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi, uzunmüddətli atəşkəs və humanitar yardımların Qəzza zolağına daxil olması qarşılığında 10-a yaxın diri və çoxlu ölü israilli məhbusun azad edilməsi üçün danışıqlar aparılıb.

Operativ Media xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.

Məlumatlara görə, İsrail etiraf edib ki, “HƏMAS razılaşmanı qəbul edərsə, ABŞ vasitəçilər vasitəsilə hərəkət edəcək və Təl-Əviv razılaşmanın ikinci mərhələsində, yəni hücumların dayandırılması üçün danışıqlarda iştirak edəcək”.

Bu vəziyyət danışıqlarda mühüm dönüş nöqtəsi hesab olunur, çünki İsrail əvvəllər rədd etdiyi bu tələbi indi nəzərə alır.

Teqlər:

"H\u018fMAS v\u0259 \u0130srail 45 g\u00fcnl\u00fck yeni at\u0259\u015fk\u0259si m\u00fczakir\u0259 edirl\u0259r"

Əlaqəli Xəbərlər