Menyu

Hulusi Akar: "Azərbaycanın uzatdığı barış əlini Ermənistan ən qısa zamanda qəbul etməlidir"

Hulusi Akar:  "Azərbaycanın uzatdığı barış əlini Ermənistan ən qısa zamanda qəbul etməlidir"

“Ermənistanın ağlını başına toplaması lazımdır. İlk iş budur”.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Tək Vətən” hərəkatı ilə Qarabağda Zəfər qazanıldı və azadlığına qovuşdu: “Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ermənistan ən qısa zamanda reallığı həzm edib bu gerçəkləri qəbul etməlidir. Azərbaycanın uzatdığı barış əlini Ermənistan ən qısa zamanda qəbul etməlidir. Tez zamanda sülh sazişi imzalanmalıdır. Tezliklə bölgəyə sülh gəlməlidir. Məqsədimiz budur. Ermənistan tərəfindən Azərbaycan sərhədlərində atəşkəsin pozulması halları boş səylərdir. Bununla bir yerə çatmaq olmaz”.

Teqlər:

"Hulusi Akar: \"Az\u0259rbaycan\u0131n uzatd\u0131\u011f\u0131 bar\u0131\u015f \u0259lini Erm\u0259nistan \u0259n q\u0131sa zamanda q\u0259bul etm\u0259lidir\""

Əlaqəli Xəbərlər