Menyu

Sloveniyalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Sloveniyalı  parlamentarilər  Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasında səfərdə olan Sloveniya-Azərbaycan dostluq qrupunun rəhbəri Bojan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Teqlər:

"Sloveniyal\u0131 parlamentaril\u0259r Ulu \u00d6nd\u0259rin m\u0259zar\u0131n\u0131 v\u0259 \u015e\u0259hidl\u0259r xiyaban\u0131n\u0131 ziyar\u0259t edib"

Fotogalereya

Əlaqəli Xəbərlər