Menyu

Zakir Həsənov Hulusi Akar ilə görüşüb

Nərmin Qocamanlı
Zakir Həsənov Hulusi Akar ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Z.Həsənov qonaqları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin Azərbaycan və Türkiyə arasında bütün sahələrin, o cümlədən hərbi əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Cənab H.Akar isə öz növbəsində Azərbaycana cari ildə ilk səfərindən razılıq ifadə edib, hər zaman olduğu kimi göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən qonaq Azərbaycan və Türkiyənin strateji müttəfiqlik səviyyəsinə çatan hərbi əlaqələrinin daim inkişaf etdiyini xüsusi vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran, o cümlədən regional təhlükəsizliyə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Teqlər:

"Zakir H\u0259s\u0259nov Hulusi Akar il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Fotogalereya

Əlaqəli Xəbərlər