Menyu

İran XİN rəhbəri sabah Moskvaya gedir

Nərmin Qocamanlı
İran XİN rəhbəri sabah Moskvaya gedir

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 17-də Rusiyaya rəsmi səfərə gələcək.

Operativ Media TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının səfiri Kazım Cəlali məlumat verib.

"Abbas Əraqçi sabah Moskvaya səfər edərək yüksək rütbəli rəsmilər ilə məsləhətləşmələr aparacaq", - o, X-də yazıb.

Səfirin sözlərinə görə, gündəliyə ikitərəfli münasibətlərin, regional əməkdaşlığın və beynəlxalq arenada qarşılıqlı fəaliyyətin təşviqi məsələləri daxildir.

Səfər zamanı Omanda Tehran və Vaşinqton arasında danışıqların gedişatının müzakirə ediləcəyi də gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər