Menyu

Azərbaycan və İran XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Əsəd Abbaslı
Azərbaycan və İran XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin baş direktoru Moctəba Şəsti Kərimi rəhbərlik edib. 

Tədbirdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşları, Azərbaycan Respublikasının və İran İslam Respublikasının xarici siyasət qurumunun rəsmiləri, həmçinin iki ölkənin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidmətinin nümayəndələri də iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması, onlara  çevik və effektiv konsulluq-hüquqi yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.

Daxil işlər, ədliyyə, miqrasiya, sərhəd, gömrük orqanları arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin əhəmiyyəti vurğulanıb. 

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadeh tərəfindən qəbul edilib.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 \u0130ran X\u0130N-l\u0259ri aras\u0131nda konsulluq m\u0259sl\u0259h\u0259tl\u0259\u015fm\u0259l\u0259ri ke\u00e7irilib"

Əlaqəli Xəbərlər