Menyu

Kanadanın baş naziri Qəzzadakı hadisələri soyqırım adlandırmaqdan imtina edib

Əziz Əzizli
Kanadanın baş naziri Qəzzadakı hadisələri soyqırım adlandırmaqdan imtina edib

Kanadanın baş naziri və hakim Liberal Partiyasının lideri Mark Karni Qəzza zolağındakı vəziyyəti soyqırım adlandırmaqdan imtina edib.

Operativ Media xəbər verir ki, o, bunu növbədənkənar parlament seçkiləri ərəfəsində milli televiziya kanallarında yayımlanan debat zamanı deyib.

"Yaxın Şərqdə Qəzza zolağında vəziyyət dəhşətlidir, lakin mən vəziyyəti siyasiləşdirməmək üçün heç vaxt siyasətdə bu sözü işlətmirəm".

Müzakirələr zamanı müxalif Yeni Demokrat Partiyasının lideri Caqmet Sinq xüsusilə Qəzza zolağındakı vəziyyətin soyqırım kimi tanınmasına çağırıb.

Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatı İsraili Fələstin xalqına qarşı soyqırımda ittiham edərək, onun Qəzza zolağındakı hərəkətlərini 1994-cü ildə Ruandada törədilən soyqırımı ilə müqayisə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər