Ceyhun Bayramov sloveniyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Nərmin Qocamanlı
Ceyhun Bayramov sloveniyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb
Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri Tanya Fayonu sülh prosesi barədə məlumatlandırıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri Tanya Fayonu Azərbaycan və Ermənistan sülh prosesi barədə məlumatlandırıb.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı ilə mətbuat konfransı zamanı bildirib.

"Həmkarıma Azərbaycan torpaqlarının işğaldan azad olunandan sonra bölgədə yaranan yeni imkanlar, fürsətlər barədə məlumat verdim. Sülh sazişi ətrafında gedən proseslər, mart ayında sülh sazişi mətni üzrə danışıqların yekunlaşması, Azərbaycan tərəfinin bu prosesin tam bitməsi üçün Ermənistandan legitim gözləntiləri barədə danışmaq imkanı oldu", - nazir qeyd edib.

Digər xəbərlər