17 Aprel 2025, 14:27
Azərbaycan-Sloveniya biznes forumu keçirilib
Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçirilib.
Azərbaycan-Sloveniya biznes forumu keçirilib şəkil
Azərbaycan-Sloveniya biznes forumu keçirilib

Bakıda Azərbaycanın İqtisadiyyat və Sloveniyanın İqtisadiyyat, Turizm və İdman nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “SPIRIT Slovenia” Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, İKT, tekstil, turizm, tikinti və maşınqayırma kimi sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkət nümayəndəsi iştirak edib.
 

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov forum zamanı həyata keçiriləcək qarşılıqlı faydalı müzakirələrin əməli addımlar və konkret layihələrlə müşayiət olunacağına, nəticə etibarilə Azərbaycan-Sloveniya tərəfdaşlığının güclənərək daha dayanıqlı və çoxşaxəli xarakter almasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan və Sloveniya arasında son zamanlar dinamik xarakter alan yüksək səviyyəli səfərlərin, artan siyasi dialoqun, genişlənən iqtisadi əməkdaşlığın, habelə ilk dəfə təşkil olunmuş Birgə İşçi Qrupunun iclasının və biznes forumun hər iki tərəfin qarşılıqlı marağının və bir çox sahələr üzrə əməkdaşlıq niyyətinin aydın təzahürü olduğu vurğulanıb. Çıxış zamanı sloveniyalı biznes tərəfdaşları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və yenidənqurma fəaliyyətlərində aktiv iştirak etməyə, xüsusilə də həmin regionlarda investisiya layihələrini nəzərdən keçirməyə dəvət olunub.

Sloveniyanın xarici işlər və Avropa işləri naziri xanım Tanya Fayon ölkəsinin Azərbaycanla özəl sektor sahəsində qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.

Biznes forumda Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov və Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye iqtisadi tərəfdaşlığın genişlənməsi, işgüzar dairələr arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti, qarşılıqlı ticarət və sərmayə yatırımı imkanları barədə danışıb, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı və “SPIRIT Slovenia”nın nümayəndəsi Tanya Drobniç isə Azərbaycan və Sloveniyanın biznes və investisiya potensialına dair təqdimatlarla çıxış ediblər.

Tədbir zamanı Azərbaycanın “Bestcomp Group” və Sloveniyanın “Kontron” şirkətləri arasında ticarət sazişi imzalanıb, B2B və B2G görüşlər təşkil olunub.

Son xəbərlər
Göyçayda piyadanı maşın vurub
Orban: Ukraynanın AB-yə üzvlüyü ən böyük təhlükədir
"Qalatasaray" 25-ci çempionluğunu qazandı
Gendelman: İsrail Qəzzanın dərinliklərinə irəliləyir
Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini çatdırıb
Pezeşkian Qriqoryanla görüşüb
Azərbaycan PL: "Qarabağ" "Kəpəz"məğlub etdi
Hikmət Hacıyev İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşüb