18 Aprel 2025, 06:20
Tramp Çin mallarına rüsumların azaldılmasına icazə verib
ABŞ prezidenti Çinlə ticarət sahəsində vəziyyət həll olunana qədər "TikTok" razılaşmasını təxirə salmaq niyyətində olduğunu vurğulayıb.
Tramp Çin mallarına rüsumların azaldılmasına icazə verib şəkil
Tramp Çin mallarına rüsumların azaldılmasına icazə verib

ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145% gömrük rüsumları azaldıla bilər və artırılması ehtimalı azdır.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Müəyyən məqamda tariflərin qalxmasını istəmirəm, çünki müəyyən məqamda siz bunu edəcəksiniz ki, insanlar almasın. Ona görə də mən onları daha yüksək, hətta müəyyən səviyyəyə qaldırmaq istəmirəm. Mən onları aşağı salmaq istəyə bilərəm ki, insanlar alsın, müəyyən məqamda isə onlar artıq almayacaqlar", - dövlət başçısı bildirib.

O, Çinlə ticarət vəziyyəti həll olunana qədər "TikTok" razılaşmasını təxirə salmaq niyyətində olduğunu vurğulayıb. "Bizim "TikTok"la bağlı razılaşmamız var, lakin o, Çindən asılı olacaq, ona görə də hər şey yoluna qoyulana qədər müqaviləni dayandıracağıq. Məncə, bu, Çin üçün yaxşı sövdələşmədir. "TikTok" müqaviləsi Çin üçün yaxşıdır. Və düşünürəm ki, onlar bizim sövdələşmə etməyimizi istərdilər".

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib