Menyu

Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə sazişə dair memorandum imzalayıblar

Əziz Əzizli
Ukrayna və ABŞ mineral ehtiyatlar üzrə sazişə dair memorandum imzalayıblar

Mineral ehtiyatlar üzrə Ukrayna-Amerika sazişi üzrə memorandum imzalanıb.

Operativ Media xəbər verir ki, hu barədə Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

"Bu gün biz ABŞ-ylə iqtisadi tərəfdaşlığa dair birgə sazişə doğru addım atdıq. Ukrayna və Amerika Birləşmiş Ştatları komandalarımızın konstruktiv birgə işini və hər iki xalqımız üçün faydalı olacaq saziş bağlamaq niyyətini təsdiq edən memorandum imzaladılar", - o, "Facebook" səhifəsində yazıb.

Baş nazirin müavini əlavə edib ki, tərəflər Ukraynanın bərpası üçün investisiya fondu yaratmağa hazırlaşır. Onun sözlərinə görə, gələcək saziş əhəmiyyətli vəsaitlərin daxil olması və Ukrayna infrastrukturunun modernləşdirilməsi üçün imkanlar açacaq.

"Qarşıda sazişin mətni üzərində işlərin başa çatdırılması və onun imzalanmasıdır. Daha sonra parlamentlər tərəfindən ratifikasiya. Peşəkar, konstruktiv və sürətli işlərinə görə bizim texniki komandalarımıza - Ukrayna və Amerikaya təşəkkür edirik", - Sviridenko yekunlaşdırıb.

Teqlər:

"Ukrayna v\u0259 AB\u015e mineral ehtiyatlar \u00fczr\u0259 sazi\u015f\u0259 dair memorandum imzalay\u0131blar"

Əlaqəli Xəbərlər