Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyənin 10 bölgəsində baş verən zəlzələ nəticəsində 6 minə yaxın insan həlak olub, 30 mindən çox şəxs yaralanıb.
"Operativ Media" xəbər verir ki, Türkiyəyə dost ölkələrin yardımları artmağa davam edir.
Rusiya FHN rəhbəri Kurkov bildirib ki, Türkiyəyə göndərilən xilasedici heyətinin sayı artırılacaq.
"Onlar artıq uçuşa hazırlaşırlar"-deyə nazir əlavə edib.