http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Dağlıq və dağətəyi rayonlara qar yağıb - FAKTİKİ HAVA

08 Fevral 2023 , 10:30
Dağlıq və dağətəyi rayonlara qar yağıb - FAKTİKİ HAVA
Operativ Media

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.

"Operativ Media" xəbər verir ki, qar örtüyünün hündürlüyü Qaxda 45, Ağdərədə (Ordubad) 32, Şahdağda 14, Xaltanda 12, Göygöl, Gədəbəydə 10, Qrız, Daşkəsən 8, Altıağacda 7, Oğuz 6, Şəkidə 16, Şahbuz 3, Qəbələ, Zaqatala, Qobustanda 1 santimetr təşkil edib.

Düşən yağıntının miqdarı: Qaxda 24, Zaqatalada 16, Balakəndə 12, Oğuzda 10, Lənkəranda 11, Astarada 9, Gədəbəydə 8, Ağdərədə 7, Şəkidə 10, Qəbələdə 5, Şahbuzda 4, Mingəçevir, Sədərək, Tərtər, İmişlidə 3, Zərdab, Altıağac, Qobustan, Yardımlıda 2, Beyləqan, Kürdəmir, Naftalan, Ağdam, Ordubad, Naxçıvan, Maştağada 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Neftçala, Mingəçevirdə saniyədə 20, Naftalan, Ceyrançöldə 18, Bakıda və Abşeron yarımadasında arabir 27 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qrız, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər və Lerikdə duman müşahidə olunub, görmə məsafəsi 50-100 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan Muxtar Respublikasında 5-dək° şaxta, dağlıq rayonlarda 11° şaxta, aran rayonlarında 4°-dək isti olub.

OXŞAR XƏBƏRLƏR
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

XƏBƏR LENTİ
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
Menyu