Menyu

Tramp Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid edir

Əziz Əzizli
Tramp Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid edir

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın bu həftə əldə olunacağına ümid etdiyini bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində müvafiq bəyanat yayıb.

“Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılıq əldə edəcəklər”, - Amerika lideri yazıb. O, iddia edir ki, bu halda hər iki tərəf ABŞ-ylə "aktiv iş görməyə başlayacaq" və bu, onlara "sərvət qazanmağa" imkan verəcək.

Aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-a qədər bütün hərbi əməliyyatların dayandırıldığını elan edib və Kiyevi də eyni addımı atmağa çağırıb. O vurğulayıb ki, Rusiya həmişə danışıqlara hazır olub və ABŞ, Çin və digər ölkələrin Ukraynadakı münaqişənin ədalətli həlli istəyini alqışlayır.

Teqlər:

"Tramp Rusiya v\u0259 Ukraynan\u0131n bu h\u0259ft\u0259 raz\u0131l\u0131\u011fa g\u0259l\u0259c\u0259yin\u0259 \u00fcmid edir"

Əlaqəli Xəbərlər