21 Aprel 2025, 11:16
Limonlu su həqiqətən faydalıdırmı?
Həkim bildirib ki, dünyanın heç bir yerində limon müalicə vasitəsi kimi istifadə olunmur.
Limonlu su həqiqətən faydalıdırmı? şəkil
Limonlu su həqiqətən faydalıdırmı?

"Limonun sağlamlığa təsiri barədə bir çox şayiələr dolaşır. Məsələn limonun təzyiqi saldığı, qanda durulma yaratdığı və qripi sağaltdığı iddia olunur. Halbuki bu fikirlərin elmi əsası yoxdur".

Bunu Operativ Media-ya həkim Nəbi Absalamov bildirib.

O, bildirib ki, limonun faydaları ilə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlər mövcuddur:

"Dünyanın heç bir yerində limonla təzyiqi və ya başqa xəstəlikləri müalicə etmək kimi bir yanaşma yoxdur. Limonun tərkibində sadəcə C vitamini var ki, onun da infeksiyalara təsiri çox cüzi səviyyədədir".


Limon və limonlu suyun mümkün fəsadları
 

Nəbi Absalamov limonlu suyun düzgün istifadə olunmadığı halda bəzi mənfi təsirlər yarada biləcəyinə də diqqət çəkib:

"Səhər acqarına limonlu su içmək mədəni qıcıqlandıra və mövcud qastrit problemini ağırlaşdıra bilər. Limonu bütöv şəkildə yemək və ya acqarına suyunu içmək mədədə turşuluğu artıraraq digər həzm problemlərinə də yol aça bilər. Ən sağlam üsul – limonu dilimləyib qida ilə birlikdə qəbul etməkdir."
 

Limonlu su arıqladır?
 

Limonun arıqlamağa kömək etdiyi fikri barədə də həkim yanlış anlaşılmalar olduğunu qeyd edib:

"Limonun təzyiqi saldığı deyilir, amma bu təsir çox zəifdir. Məsələn 140 olan təzyiqi ən yaxşı halda 135-ə sala bilər. Bu da çox zaman psixoloji rahatlıqla əlaqəli olur. Arıqlamaq üçün limonlu su içmək isə tamamilə əsassızdır. Əksinə limon mədəni qıcıqlandıraraq aclıq hissini artıra və daha çox yeməyə səbəb ola bilər. İnsanlar düşünür ki, turşu yağları əridir amma bu elmi əsaslara dayanmır."

Həkim sonda əlavə edib ki, limonun gündəlik istifadə miqdarı az olmalıdır. Gündəlik bir stəkan suya bir dilim limon əlavə edərək istehlak etmək olar.

Günay Nəcəfova

Son xəbərlər
Rusiya aviaşirkətlərinə 4 ölkənin hava məkanında uçuşlar qadağan edilib
Peskov: Rusiya İran və İsrail arasında gərginliyin kəskin artmasından narahatdır
Fridrix Merz: Almaniyadakı yəhudi qurumlarının müdafiəsi artırılacaq
Bəzi çaylarda sululuq artacaq
İsrailin İrana hücumundan sonra Avropada qazın qiyməti 4% artıb
"Traktor" "Fənərbaxça" ilə yoldaşlıq oyunu keçirəcək
İstifadəyə yararsız ət məhsulunun dövriyyəsinin qarşısı alınıb
Paytaxtda əhali artımı 30%-i keçib
13 İyun 2025, 12:35