Ana səhifə / Siyasət / Əbdüllətif Rəşid İraqın yeni prezidenti oldu Əbdüllətif Rəşid İraqın yeni prezidenti oldu 13.10.2022, 19:49 İraqın Nümayəndələr Şurası (parlament) Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib. "Operativ Media" xəbər verir ki, bu barədə İraqın “Rudau” telekanalı məlumat yayıb. Gizli səsvermənin ikinci turunda o, son ana qədər - İraqın hazırkı prezidenti olan rəqibi Bərham Salehdən daha çox səs toplayıb. Saleh səsvermənin yekun nəticələrini gözləmədən parlament binasını tərk edib.