Menyu

Yerkökünün bilmədiyimiz yan təsirləri

Nərmin Qocamanlı
Yerkökünün bilmədiyimiz yan təsirləri

Yerkökü faydalı və dadlı tərəvəzlərdən biridir. O narıncı rəngi, şirin dadı və zəngin vitamin tərkibi ilə tanınır. Yerkökü əsasən torpaqda yetişir və kök hissəsi qida kimi istifadə olunur.

O çiy halda salatlarda, şirə şəklində və bişmiş formada istifadə edilir. Təbii ki hər qidanın vitaminlə zəngin olması onun sadəcə faydalı olacağı mənasına gəlmir.

Qida mühəndisi Fərid Səfərov Operativ Media-ya yerkökünün faydaları və zərərləri haqqında danışıb:

“Vitamin və mineral mənbəyi olan yerkökü kalium, A vitamini, biotin və B6 vitamini ilə zəngindir. İmmuniteti gücləndirir, böyümə və inkişaf dövründə istehlak edilməsi tövsiyə olunur, görmə qabiliyyətini yaxşılaşdırır, xərçəng riskini azaldır, yaraların sağalmasını sürətləndirir, dəri sağlamlığını qoruyur və saçları gücləndirir. Yerkökü əla tərəvəzdir və mütləq rasionda yer almalıdır.”

Ekspert bildirir ki, yerkökü nə qədər faydalı tərəvəz olsa da, bəzi yan təsirləri də ola bilər:

“Yerkökü həddindən artıq qəbul edildikdə bəzi yan təsirlər yarada bilər. Allergik reaksiyalara səbəb ola bilər, o cümlədən dəri səpgiləri, ishal, anafilaktik reaksiyalar və şişkinlik. Yerköküdə olan allergenlər çiyələk, kartof və qoz-fındıqda olanlara bənzəyir. Əgər bu qidalara qarşı allergiyanız varsa, yerkökünü istehlak edərkən diqqətli olmalısınız. Normadan artıq yerkökü qəbul etmək dəridə anormal sarı-narıncı rəngin yaranmasına səbəb ola bilər. Bu rəng dəyişikliyinə kökdəki beta-karotin səbəb olur və bu dəyişiklik ovuclarda, əllərdə, üzdə və ayaq altlarında görünə bilər. Yerkökü orqanizm üçün vacib vitamin və minerallarla zəngindir. Bununla yanaşı araşdırmalar sübut edib ki, yerkökü ana südünün dadını dəyişir. Buna görə də süd verən qadınlar çox yerkökü və ya yerkökü suyu istehlak etməkdən çəkinməlidirlər.”

"Hər bir qida insan sağlamlığı üçün faydalıdır, amma əsas olan düzgün miqdarda qəbul etməkdir", - o, qeyd edib.

Günay Nəcəfova

Teqlər:

"Yerk\u00f6k\u00fcn\u00fcn bilm\u0259diyimiz yan t\u0259sirl\u0259ri"

Əlaqəli Xəbərlər