22 Aprel 2025, 14:48
Deputat: Ermənilər Pirlər adlı abidədən silah anbarı kimi istifadə edib
Rizvan Nəbiyev ermənilərin xristian olsa da, heç xristian abidəsinə də hörmət qoymadığını bildirib.
Deputat: Ermənilər Pirlər adlı abidədən silah anbarı kimi istifadə edib şəkil
Deputat: Ermənilər Pirlər adlı abidədən silah anbarı kimi istifadə edib

“Torpaqlarımız işğal altında olarkən biz acı təcrübə yaşadıq”.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Rizvan Nəbiyev deyib.

Deputat bildirib ki, bir yer, bir məkanın bir xalqa məxsus olması təkcə beynəlxalq hüquqla ölçülmür: “Qəbul olunan odur ki, bir xalq uzun müddət bir yerdə yaşayıbsa, onun maddi mədəni irsi olmalıdır. Xüsusilə Şuşanın bizə məxsusluğu il bağlı bu sual dəfələrlə qaldırılıb. Buna da cavab verən çoxsaylı amillər var. Onlardan da biri məşhur alman alim Hesdir. O bizim dilimizi gözəl bilir, Şuşanın irsi haqqında yazdığı kitabda qeyd edib ki, XIX əsrin sonunda Şuşa və ətrafda 95 azərbaycanlı şair və yazıçı yaşayırdı, 38 bəstəkar var idi, 22 azərbaycanlı müğənni var idi. Biz bunu ermənilərin dedikləri ilə müqayisə etsək, həmin dövrdə ermənilərin adını çəkəcəyi bir şəxs belə olmayıb. Hazırkı dəyişiklik etdiyimiz qanunda da nəzərdə tutulur ki, hansısa xalqın, dövlətin əraziləri işğala məruz qalırsa, onun abidələri qənimət kimi ələ keçirilərsə, onda beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalı və hesabat təqdim olunmalıdır. Hesabatın təqdim olunması üçün biz bu pasportlaşmaya ehtiyac duyuruq”.

 

Rizvan Nəbiyev bildirib ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşanın mərkəzi hissəsi tarixi və mədəni qoruq elan olunub: “Bu gün həmin hissənin UNESCO Konvensiyasına əsasən, qorunan abidələr siyahısına daxil edilməsi ilə bağlı fəaliyyət ortaya qoyulub”.

Deputat əlavə edib edib ki, işğal dövründə 437 mədəni abidə ciddi ziyana məruz qalıb: "Təsəvvür edin Xocalı rayonu ərazisində Pirlər adlı abidədən silah anbarı kimi istifadə olunub. Bu, alban xristian abidəsidir. Bu fakt göstərir ki, qarşı tərəf xristian olsa da, heç xristian abidəsinə də hörmət qoymayıb”.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib