22 Aprel 2025, 17:45
İlham Əliyevin uğurlu xarici siyasəti: Çinlə əlaqələrin önəmi - ŞƏRH
Komitə sədri: Azərbaycan müttəfiqlərini öz iradəsi ilə seçə bilən bir ölkədir
İlham Əliyevin uğurlu xarici siyasəti: Çinlə əlaqələrin önəmi - ŞƏRH şəkil
İlham Əliyevin uğurlu xarici siyasəti: Çinlə əlaqələrin önəmi - ŞƏRH

"Azərbaycan və Çin münasibətləri xüsusilə son 5 ildə güclənərək strateji tərəfdaşlıq sənədinin imzalanmasına qədər inkişaf edib. Bu öz-özlüyündə Vətən müharibəsində qazandığımız qələbənin birbaşa nəticəsidir".

Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib:

"90-cı illərdə regionda formalaşan güc nisbəti Minsk qrupuna daxil olan ölkələrin timsalında bu bölgəni istismar edən və ona diktə edən dövlətlərin varlığını göstərirdi. Aralarındakı qarşıdurmalar və ziddiyyətlər isə açıq şəkildə nəzərə çarpırdı. Bu münasibətlər sistemində təəssüf ki, Çin yer almamışdı. İndi isə Azərbaycan çoxqütblü dünyada maraqlı olduğunu açıq şəkildə ifadə edir. Çünki artıq yalnız bir qütb tərəfindən dünya idarə oluna bilməz. Prezidentin çıxışlarına və xüsusilə ADA platformasında etdiyi açıqlamalara diqqət yetirdikdə görürük ki, o, savaşdan sonrakı dövrün Cənubi Qafqazda yeni bir arxitektura yaratdığını və bu arxitekturanın qurulmasında başqa dövlətlərlə, xüsusilə türk dövlətləri birliyi ilə müttəfiqlik qurulmasının vacib olduğunu açıq şəkildə bəyan edir.

Çinlə olan əlaqələrimiz yalnız balanslaşdırıcı rol oynamır, həm də uzun illər ərzində informasiya sahəsində qərb dairələrinin mövqeləri qarşısında Çin Azərbaycanın təmsil etdiyi milli maraqları qoruyub saxlayıb. Çin həmçinin Vətən müharibəsinin nəticələrini qəbul edir və bunu Azərbaycanın haqqı olaraq tanıyır. Bu regionda orta dəhliz strategiyasının əsas tərəfi olaraq Çinin əhəmiyyətini artırır. Eyni zamanda, bu münasibət Zəngəzur dəhlizinin açılmasında da mühüm rol oynayacaq.

Azərbaycan müttəfiqlərini öz iradəsi ilə seçə bilən bir ölkədir. Qələbədən sonra coğrafi və siyasi baxımdan böyük bir inkişaf əldə edərək öz imkanlarını irəliyə aparmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında müharibə sonrası dövrün ən uğurlu xarici siyasət xətti ölkəmizin qlobal təhlükəsizlik sistemində əsas 2-3 dövlətdən biri ilə münasibətlərin gücləndirilməsidir.

Çin daxili işlərə müdaxilə etmədən öz millətinin dəyərlərini qoruyur və bu haqları dinindən, mədəniyyətindən və keçmişindən məhrum etmir. Bu münasibət regionda gələcəkdə böyük dəyişikliklərə yol açacaq. Prezident İlham Əliyev açıq şəkildə çoxqütblü dünya quruluşu üçün növbəti planlarını həyata keçirir. Həmçinin 100 il ərzində Çin Cənubi Qafqaza bu qədər yaxın olmamışdır.

Cənab Prezidentin ifadəsini xatırlatmaq yerinə düşər: İşğal 90-cı illərdən sonrakı dövrdə Qafqazın arzu olunan inkişafını əngəlləmişdi. Niyə? Çünki, bütün proseslər və iqtisadi dövriyyələr, qarşı tərəflərlə bərabər inkişaf etməyib. Prezidentimizin səfərini biz müharibədən sonra qalib dövlət kimi regionda qurduğumuz yeni geosiyasətin tərkib hissəsi kimi qiymətləndiririk və yeni dünya düzəninin parlaq bir addımı olaraq dəyərləndiririk".

Son xəbərlər
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib
"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisə çağırıldı
Macarıstanda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı anlar yaşanıb
21 May 2025, 13:50