23 Aprel 2025, 07:03
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Çində səfərdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub şəkil
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.

Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.

Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olundu.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib