23 Aprel 2025, 11:00
Zədələnmiş sinir liflərini hansı vitaminlərlə bərpa etmək olar?
Həkim: "Bəzi vitamin çatışmazlıqları da sinir liflərinin zəifləməsinə səbəb ola bilər"
Zədələnmiş sinir liflərini hansı vitaminlərlə bərpa etmək olar? şəkil
Zədələnmiş sinir liflərini hansı vitaminlərlə bərpa etmək olar?

Sinir lifləri, sinir impulslarını ötürmək funksiyasını yerinə yetirirlər. Sinir liflərinin zədələnməsi orqanizmdə ciddi funksional pozğunluqlara səbəb ola bilər. Zədələnmiş sinir lifləri sinir impulslarının ötürülməsini ləngidir və ya tamamilə dayandırır. Bu da hissiyatın itməsinə, əzələ zəifliyinə və ya hərəkət qabiliyyətinin azalmasına səbəb olur.

Bəs sinir liflərinin zədələnməsinə hansı amillər səbəb ola bilər?

Bu barədə Operativ Media-ya Nevroloq Rəna Abbasova açıqlama verib.

Həkim bildirir ki, sinir liflərinin zədələnməsi bir çox səbəbdən baş verə bilər:

"Sinir sisteminin lifləri bir çox səbəbdən zədələnə bilər. Sinir sistemi mərkəzi və periferik olaraq iki hissəyə ayrılır. Mərkəzi sinir sisteminə baş-beyin və onurğa beyini daxildir. Burada bir çox xəstəliklər, infeksion xəstəliklər, qan dövranı pozulması və iltihabi xəstəliklər beyin liflərinin zədələnməsinə səbəb ola bilər. Periferik sinir sisteminin zədələnməsinə səbəb olan amillər isə müxtəlifdir. Ən çox rastlanan səbəblərdən biri travmalardır (mexaniki və kimyəvi travmalar, yanıqlar, zəhərlənmələr və toksinlərin təsiri). Ayrıca periferik sinir sisteminin iltihabi xəstəlikləri və şəkərli diabetin nəticəsi olaraq sinir liflərinin zədələnməsi də mümkündür".

Zədələnmiş sinir liflərini hansı vitaminlərlə bərpa etmək olar?

Həkimin sözlərinə görə, bəzi vitamin çatışmazlıqları da sinir liflərinin zəifləməsinə səbəb ola bilər:

"Sinir liflərinin zədələnmə dərəcəsinə əsasən müalicə planı təyin edilir. 
Sinir liflərini bərpa etmək üçün bir sıra vitaminlərə ehtiyac var. Sinir liflərinin bərpası üçün ən çox istifadə olunan vitaminlər B qrupu vitaminləridir. Bu vitaminlər sinir bərpasının güclənməsinə və zədələnmiş nahiyənin sürətlə sağalmasına kömək edir. B qrup vitaminləri həmçinin sinir liflərinin üzərindəki mielin qişasının bərpasını təmin edir. Travma və ya başqa səbəblərlə sinir zədələnməsi baş verdikdə bu vitaminlər ilk 6 ay ərzində daha təsirli olur. Bu müddət keçdikdən sonra sinir bərpası üçün vitaminlərin təsiri azalır. Periferik sinir lifləri ilə bağlı olaraq ən çox istifadə edilən B1, B6, və B12 vitaminləridir. Bundan əlavə digər vitaminlər də sinir sisteminə müsbət təsir göstərə bilər. Məsələn D vitamini sinir sisteminə faydalıdır, E vitamini isə antioksidant xüsusiyyətlərə malikdir".

 

Günay Nəcəfova

Son xəbərlər
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib