Menyu

Azərbaycan Ermənistanın BMT-dəki çıxışına rəsmi reaksiya verdi

Əziz Əzizli
Azərbaycan Ermənistanın BMT-dəki çıxışına rəsmi reaksiya verdi

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünya təşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan nümayəndəsinin qızışdırıcı ritorikasına diqqət çəkib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.

Məktub BMT Baş Assambleyasında və Təhlükəsizlik Şurasında rəsmi sənədi kimi yayılıb.

Qeyd olunub ki, xüsusilə, beynəlxalq terrorçuların, hərbi cinayətkarların və irqçi ideoloqların alqışlandığı, milli qəhrəman kimi təbliğ edildiyi uzunmüddətli və dərin köklü etnik eksklüzivlik və dözümsüzlük siyasətini həyata keçirən monoetnik dövlət olan Ermənistanın İrqi ayrı-seçkiliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü münasibətilə keçirilən anım sessiyasında könüllü olaraq çıxış etməsi olduqca ironikdir:

“Əslində, gözlənildiyi kimi, belə bir çıxış Ermənistana tamamilə əks təsir bağışlayıb. Çünki bir tərəfdən onun rəhbərliyinin barışdırıcı bəyanatları, digər tərəfdən isə eyni ölkənin BMT-dəki nümayəndəsinin qızışdırıcı ritorikası arasında açıq-aşkar uyğunsuzluq üzv dövlətləri çaşqın və anlaşılmaz vəziyyətə salır”,- məktubda qeyd olunub.

Teqlər:

"Az\u0259rbaycan Erm\u0259nistan\u0131n BMT-d\u0259ki \u00e7\u0131x\u0131\u015f\u0131na r\u0259smi reaksiya verdi"

Əlaqəli Xəbərlər