İlham Əliyev: Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı

Nərmin Qocamanlı
İlham Əliyev: Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı

"Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən bildirib.

" Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir", - Prezident qeyd edib.

Digər xəbərlər