24 Aprel 2025, 10:38
Nazir uşaqların peyvəndlənməsi üçün əmr imzalayıb
Azərbaycanın səhiyyə naziri Teymur Musayev “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb.
Nazir uşaqların peyvəndlənməsi üçün əmr imzalayıb şəkil
Nazir uşaqların peyvəndlənməsi üçün əmr imzalayıb

Azərbaycanın səhiyyə naziri Teymur Musayev 27 aprel – 3 may 2025-ci il tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb.

Bu barədə Operativ Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Sənədə əsasən, Azərbaycanın bütün şəhər və rayonlarında təşkilatı-hüquqi formasından asılı olmayaraq, uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən bütün tibb idarə və müəssisələrin rəhbərlərinə “İmmunlaşdırma həftəsi”nin keçirilməsi tapşırılıb.

Respublikanın şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi sənəddə öz əksini tapıb. Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.

Son xəbərlər
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı