Menyu

Sahibə Qafarova Roma Papasının dəfnində iştirak üçün İtaliyaya gedib

Əsəd Abbaslı
Sahibə Qafarova Roma Papasının dəfnində iştirak üçün İtaliyaya gedib

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfərə gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Roma şəhərinin beynəlxalq hava limanında Milli Məclisin nümayəndə heyətini Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov və Vatikan rəsmiləriqarşılayıblar.

Milli Məclisin sədri aprelin 26-da Santa MariaMaggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.
 

Teqlər:

"Sahib\u0259 Qafarova Roma Papas\u0131n\u0131n d\u0259fnind\u0259 i\u015ftirak \u00fc\u00e7\u00fcn \u0130taliyaya gedib"

Əlaqəli Xəbərlər