Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvini tələb edir
Əsəd Abbaslı
ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
O, ATƏT-in Minsk qrupu və onunla əlaqədar institutların ləğvi barədə Azərbaycanın tələbini qarşı tərəfin diqqətinə çatdırıb:
“ATƏT-in Minsk qrupu məhz Qarabağ münaqişəsinin nizamlanması üçün təsis olunmuşdu və artıq ərazimiz işğaldan azad edilib. Ona görə də Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur”.
C.Bayramov həmçinin ATƏT-in Baş katibini Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə də məlumatlandırıb.
Teqlər:
"Az\u0259rbaycan AT\u018fT-in Minsk qrupunun l\u0259\u011fvini t\u0259l\u0259b edir"