“Yaşıl Limanlar” konsepsiyası ATƏT çərçivəsində həyata keçirilən mühüm layihələrdən biridir və region ölkələri arasında əlaqələrin qurulmasına xidmət edir.
Operativ Media xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Avropa və Asiyanın strateji qovşağında yerləşən Bakı Limanı Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların kəsişməsində yerləşməklə, Avrasiyanın aparıcı logistika və ticarət mərkəzinə çevrilməsi istiqamətində sürətli addımlar atır.
Onun sözlərinə görə, bu çərçivədə “Yaşıl Liman” konsepsiyasının tətbiqi ilə bağlı işlər də davam etdirilir.
Nazir əlavə edib ki, Bakı Ticarət Limanı bu gün xüsusi əhəmiyyətə malik strateji məkandır və yaxın illərdə limanın ötürücülük qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılması planlaşdırılır.