Menyu

Azərbaycan və Belarus arasında biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycan və Belarus arasında biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Belarusun Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Görüş çərçivəsində tərəflər əsas sektorlarda biznes tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə edib. Bununla yanaşı, Belarus şirkətlərinin nümayəndələrinin Azərbaycana qarşıdakı səfərinin proqramı, Bakıda keçiriləcək biznes forumun təşkili, azərbaycanlı həmkarlarla B2B formatında görüşlər, birgə layihələr üzrə danışıqlar barədə ətraflı fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd edilib.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Belarus aras\u0131nda biznes \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 m\u00fczakir\u0259 olunub"

Əlaqəli Xəbərlər