28 Aprel 2025, 11:23
Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib
Ramil İskəndərli İlham Əliyevə konfransda səsləndirdiyi ismarıc üçün təşəkkür edib.
Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib şəkil
Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib

Rəsmən Qlobal Cənub QHT Platformasının təsis edildiyini elan edirəm.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Milli QHT Formunun sədri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.

O, Prezident İlham Əliyevə konfransda səsləndirdiyi ismarıc üçün təşəkkür edib: “Bu ideya COP29-dan qaynaqlandı. Azərbaycan Milli QHT Formunun təşəbbüsü ilə baş tutan bu konfrans sadəcə dialoqlar üçün deyil. Potensialımız birmənalı şəkildə dəyərləndirilməlidir. Qlobal Cənub eyni çətinliklərdən əziyyət çəkən insanların platformasıdır. Ədalətsizlik, müstəmləkəçilik, qeyri-bərabərliyə baxmayaraq, dünyanın hər yerində minllərlə QHT var, fəallar var. Biz çiyin-çiyinə verib bu layihəni həyata keçiririk. Birlikdə dünyanı daha ədalətli, parlaq bir yerə çevirəcəyik. Bizim bilik və təcrübəmiz dünyanın siyasi həyatında müstəsna yer tutacaq. Dünyada ədaləti bərqərar etmək naminə çalışan qlobal bir hərəkat yaradırıq”.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq