28 Aprel 2025, 11:30
Vitamin çatışmazlığının yaratdığı fəsadlar
Həkim: Müxtəlif növ vitamin çatışmazlığı üçün analiz vasitəsilə müalicə təyin olunmalıdır.
Vitamin çatışmazlığının yaratdığı fəsadlar şəkil
Vitamin çatışmazlığının yaratdığı fəsadlar

Vitaminlər insan orqanizminin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan maddələrdir. Onlar immun sistemini gücləndirir, maddələr mübadiləsini tənzimləyir və hüceyrələrin sağlamlığını qoruyur. Bədəndə vitamin çatışmazlığı yarandıqda müxtəlif sağlamlıq problemləri ortaya çıxır.

Bəs bədəndəki müxtəlif növ vitamin çatışmazlığı hansı fəsadlara səbəb ola bilər?

Bu barədə terapevt Nəbi Absalamov Operativ Media-ya açıqlama verib.

Həkim bildirir ki, vitamin çatışmazlığının hər növünün özünün ayrı fəsadları olur:

“Orqanizmdə vitamin çatızmazlığının növləri var. Vitamin A, B, C, D, E  çatışmazlığı var. Onların hərəsinin öz əlaməti olur. Vitamin A çatışmazlığı zamanı "Toyuq korluğu" deyilən əlamət əmələ gələ bilər. Vitamin B12 çatışmazlığı zamani isə qan azlığı sinir problemləri üzə çıxa bilir. Vitamin C çatışmazlığında diş əti hipertifiyosı, yaraların gec sağalması kimi əlamətlər üzə çıxa bilər. Vitamin D çatışmazlığında imun sistemi düşə bilər”.

Bəs müalicə necə təyin olunur?

Nəbi Absalamov bildirir ki, evdə özbaşına etdiyimiz müalicə efektiv deyil:

“Vitamin əksikliyinin hərəsinin öz müalicəsi var. Həm də hərəsinin öz analizi var. Məsələn bizim ölkədə vitamin çatmır deyib, sistem qoşdurub içinə bir çox vitamin əlavə edib köçürməyi sevillər. Amma vitamin çatışmazlığının hərəsinin öz növü var. Qanda B12 aşağıdırsa, onda B12 müalicəsi veririk. Qanda D vitamini aşağıdırsa onda vitamin D üçün müalicə təyin olunur. Yoxsa bizim özbaşına müalicə etməyimiz doğru deyil”.

Günay Nəcəfova

Son xəbərlər
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar