Menyu

Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədrinə başsağlığı verib

Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədrinə başsağlığı verib

Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya verilən xəbərə görə, Parlamentin sədri İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar kədərləndiyini bildirib. Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər