Menyu

Prezident: Bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq

Prezident: Bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq

"Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir".

Operativ Media xəbər verir ki, bu sözləri  Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı deyib.

"Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu", - deyə o  bildirib.

Teqlər:

"Prezident: Bu s\u0259f\u0259r bizim m\u00fcnasib\u0259tl\u0259rimizin inki\u015faf\u0131nda \u00e7ox \u00f6n\u0259mli rol oynayacaq"

Əlaqəli Xəbərlər