Menyu

Ərdoğan: İstanbulu mümkün zəlzələlərə hazırlamalıyıq

Əsəd Abbaslı
Ərdoğan: İstanbulu mümkün zəlzələlərə hazırlamalıyıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun mümkün güclü zəlzələlərə hazırlamaq üçün təcili işlərin aparılmasının vacibliyini vurğulayıb.

Operativ Media xəbər verir ki, o, bu barədə Ankarada Nazirlər Kabinetinin iclasından sonra deyib.

"Bizim vəzifəmiz şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaqdır. Bunun üçün gücümüzü birləşdirib birlikdə hərəkət etməliyik", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, 16 milyon əhalisi olan şəhərin gələcək zəlzələlərə dayanıqlığı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb.

Türkiyə prezidenti qeyd edib ki, yenidənqurma məsələlərinə laqeyd yanaşmaq yol verilməzdir.

Teqlər:

"\u018frdo\u011fan: \u0130stanbulu m\u00fcmk\u00fcn z\u0259lz\u0259l\u0259l\u0259r\u0259 haz\u0131rlamal\u0131y\u0131q"

Əlaqəli Xəbərlər